Rusiya 41 Avstraliya vətəndaşını, o cümlədən jurnalistlər, hərbi-sənaye kompleksinin nümayəndələri və bələdiyyə deputatlarını "stop" siyahısına salıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin cümə günü yaydığı məlumatda bildirilib.
"Rəsmi Kanberranın anti-Rusiya kursundan əl çəkmək niyyətində olmadığını və yeni sanksiyalar istehsal etməyə davam etdiyini nəzərə alsaq, Rusiya "stop" siyahısının yenilənməsi üzrə işlər davam etdiriləcək", - deyə bildirilib.
Bizim.Media