Ukraynada 6 aydan çoxdur ki, davam edən müharibədə iştirak edənlər arasında azərbaycanlı qadınlar da var.
Bizim.Media Modern.az-a istinadən xəbər verir ki, soydaşlarımız Ukraynanın müdafiəsi üçün ön və arxa cəbhədə fəal şəkildə mübarizə aparırlar.
Azərbaycanlı qadınlar döyüşlərdə həm əsgərlərə kömək edir, həm də tibb işləri ilə məşğul olurlar. Rusiya ordusuna qarşı döyüşlərdə iştirak edən qadınlarımızın sayı təxminən 5 nəfərdir.
Leyla və Dərya adlı azərbaycanlı bacılar hazırda döyüş bölgəsində tibb bacısı kimi xidmət göstərirlər.
Kiyevdə yaşayan Leyla Muxtarova və Dərya Hüseynova müharibənin ilk günlərindən tibb bacısı kimi cəbhəyə yollanıb. Tibb təhsili almış bacılar döyüşdə yaralanmış hərbçilərə və mülki sakinlərə yardım edərək, onlarla insanın həyatını xilas ediblər.
Leyla və Dərya bacıları müharibə başlayanda övladlarını Azərbayacana aparıb, daha sonra özləri geri qayıdaraq döyüşə qoşulublar. Hazırda müharibənin ən gərgin nöqtələrində xidmətlərinə davam edirlər.
Ukraynada döyüşdə iştirak edən digər qadın soydaşlarımız təhlükəsizliklə əlaqədar adlarının açıqlanmasını istəmirlər.
Bizim.Media