Amerikalı sahibkar İlon Mask may ayında Rusiya prezidenti Vladimir Putinin Qələbə günü münasibəti ilə edəcəyi çıxışından bir gün öncə “Twitter”in alışını təxirə salmaq qərarına gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Business Insider” nəşrində yerləşdirilib.
Sənəd işi ilə məşğul olan bankirlə yazışmada Mask "dünya üçüncü dünya müharibəsinə doğru getdiyi təqdirdə razılaşmanın mənası olmayacaq" deyib.
Bununla bağlı iş adamı bir müddət gözləmək qərarına gəlib.
“Gəlin bir neçə günə hər şeyi saxlayaq. Putinin sabahkı çıxışı həqiqətən vacibdir”, - mesajda deyilir.
Bizim.Media