ABŞ Prezidenti Co Bayden Böyük Britaniyanın yeni Baş naziri Liz Trassı təbrik edib.
Bizim.Media xəbər verir ki, o, bu barədə “Twitter“ hesabında paylaşım edib.
“Mən ölkələrimiz arasında xüsusi münasibətlərin dərinləşməsini və qlobal çağırışlar üzrə sıx əməkdaşlıqda işləməyi, o cümlədən Rusiyanın hücumundan özünü müdafiə edən Ukraynaya davamlı dəstəyi səbirsizliklə gözləyirəm”,-deyə ABŞ Prezidenti bildirib.
Bizim.Media
