Rusiya ordusu Ukraynaya məxsus 3 "Su-25" qırıcı təyyarəsini vurub.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov qırıcıların Nikolayev vilayətində vurulduğunu açıqlayıb.
O qeyd edib ki, Ukraynanın havaya qalxan təyyarə və PUA-ları dərhal vurulur.
"Ukrayna ordusu Nikolayev-Krivorojskiy istiqamətlərində öz mövqelərini qorumağa çalışır. Visunsk, Yavkino, Berezeneqovovatoye və Çervonopolye yaşayış məntəqələri yaxınlığında xeyli sayda Ukrayna hərbçisi və döyüş texnikası zərərsizləşdirilib", - deyə İqor Konaşenkov vurğulayıb.
Bizim.Media