Avropa bu qış Rusiyadan gələn qazın azalması səbəbindən ciddi problemlərlə üzləşəcək və “əkdiyini biçəcək”.
Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirdiyi mətbuat konfransında deyib.
“Avropanın Rusiya prezidenti Putinə qarşı mövqeyi, eləcə də tətbiq etdiyi sanksiyalar əks reaksiyaya səbəb oldu. Rusiya lideri açıq şəkildə bildirdi ki, “Siz belə etsəniz, mən də eyni şeyi edəcəm”. Putin əlində olan bütün rıçaqlardan və silahlardan istifadə edir. Bu rıçaqlar arasında əsas yeri təbii qaz tutur. Təəssüf ki, biz vəziyyətin belə olmasını istəməzdik”, - deyə Ərdoğan bildirib.
Bizim.Media