Baş nazir seçildikdən sonra zəfər nitqi ilə çıxış edən Trassın təbii qazla bağlı planı ortaya çıxıb.
Bizim.Media Britaniya mətbuatına istinadən xəbər verir ki, o, adambaşına düşən illik elektrik və qaz sərfiyyatı ödənişlərini 1971 funt-sterlinq və ya ondan aşağı saxlamaq üçün plan layihəsi hazırladığını bildirib.
Xatırladaq ki, sentyabrın 5-də Boris Consonun istefasının ardından keçirilən seçkilərdə Liz Trass səs çoxluğu ilə rəqiblərini üstələyərək Britaniyanın yeni baş naziri olub.
Bizim.Media