Rusiya Şimali Koreyadan milyonlarla sursat alır.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “The New York Times” nəşri ABŞ kəşfiyyatına istinadən yayıb.
Mənbə qeyd edir ki, Vaşinqton rəsmiləri alışlarla bağlı dəqiq məlumatlara malikdirlər.
“Rusiya Müdafiə Nazirliyi Ukraynadakı döyüş meydanında istifadə etmək üçün Şimali Koreyadan milyonlarla raket və artilleriya mərmisi almaq prosesindədir”, - adı açıqlanmayan rəsmi nəşrə bildirib.
Onun sözlərinə görə, gələcəkdə Rusiya Şimali Koreyadan hərbi texnika da almağa cəhd göstərəcək.
Vaşinqton əmindir ki, Pxenyandan satınalmalar Rusiya ordusunun Ukraynada kəskin təchizat çatışmazlığından əziyyət çəkdiyini göstərir.
Bizim.Media