Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada fransalı həmkarı Ketrin Kolonna ilə görüşüb.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, XİN rəhbərləri görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.
M.Çavuşoğlu bildirib ki, rəsmi Ankara Fransadakı məscid və dərnəklərinin təhlükəsizliyi üçün lazım olan bütün tədbirlərin görülməsini gözləyir.
Fransa xarici işlər naziri isə M.Çavuşoğluna taxıl ixracının təşkili üçün təşəkkür edib.
Bizim.Media