Ukraynanın xarici işlər naziri Dmitr Kuleba Avropa İttifaqı ölkələrinə müraciət edib.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, nazir ittifaqa üzv olan dövlətlərdə qiymətlərin və kommunal xərclərin artdığını bildirib.
“Bunun səbəbi Rusiyanın Avropa ilə apardığı müharibə, Aİ vətəndaşlarına qarşı enerji sanksiyası və ukraynalılara qarşı hərbi təcavüzdür. Problemin həlli üçün Rusiyaya daha tez qalib gəlmək, Ukraynaya daha çox dəstək olmaq lazımdır”, - deyə o, qeyd edib.
Bizim.Media