ABŞ-ın keçmiş Respublikaçı prezidenti Donald Tramp Pensilvaniyada tərəfdarlarının mitinqində Vladimir Lenindən seçkilərdə səslərin hesablanması ilə bağlı sitat gətirib.
Bizim.Media xəbər verir ki, Ağ Evin keçmiş rəhbəri bununla bağlı belə deyib:
"Məncə, bu sözləri Lenin deyib. O deyib ki, səsləri sayan namizəddən daha vacibdir. Məlum olur ki, bu, həqiqətdir. Səslərin hesablanmasında iştirak edənlər, Leninin dediyi kimi, namizəddən qat-qat vacibdir".
Bizim.Media