Çin hakimiyyəti ABŞ-ın keçmiş dövlət katibi Maykl Pompeoya qarşı sanksiya tətbiq edib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bildirilib ki, 28 nəfər Çinin milli suverenliyini ciddi şəkildə pozub.
Sanksiya siyahısında Ağ Ev yanında Ticarət üzrə Milli Şuranın başçısı olmuş Piter Navarro, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Robert OBrayen, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi olmuş Kelli Kraftin də adı yer alıb.
Bizim.Media