Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Nur-Sultan şəhərində əsas küçələrdən birinin Heydər Əliyevin adına dəyişdirilməsi ilə bağlı göstəriş verib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Tengrinews.kz nəşri yayıb.
“Bir vaxtlar paytaxtımızın küçələrindən birinə görkəmli dövlət xadimi, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin adı verilmişdi. Ancaq şəhər inkişaf edir və indi bu küçə o qədər də təsirli görünmür.
Ona görə də mən qərar qəbul etdim və paytaxt rəhbərinə göstəriş verdim ki, paytaxtımızın böyük küçələrindən və ya prospektlərindən birinə Heydər Əliyevin adının verilməsi təklif edilsin.
Yəni küçənin adını daha uyğun yerə keçirəcəyik. Hesab edirəm ki, bu, kifayət qədər doğru qərardır”. Tokayev bu haqda avqustun 24-də Bakıya bir gün əvvəl baş tutan səfəri zamanı deyib.
Bizim.Media
