“Atom sövdələşməsi ilə bağlı razılığın əldə olunması İranı nüvə proqramını ləğv etməyə məcbur edəcək".
Bizim.Media "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə Amerikanın Milli Təhlükəsizlik Şurasının bəyanatında bildirilib.
Şura İranın bəzi həssas mövzularda mühüm güzəştlərə getdiyini açıqlayıb və əlavə edib ki, nüvə müzakirələri zamanı ABŞ prezidenti Co Bayden SEPAH-ın terror təşkilatları siyahısından çıxarılmamalı olduğunu qəti şəkildə vurğulayıb.
Həmçinin qeyd edilib ki, nüvə anlaşması bərpa olunarsa, İranın 3,67%-dən çox nüvə zənginləşdirməsi qadağan olunacaq və Tehranın uran ehtiyatları 2031-ci ilə qədər 300 kq-dan çox olmamalıdır.
Şuranın bəyanatında bildirilir ki, İran 20% və 60% zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verməli və qabaqcıl sentrifuqalarının fəaliyyətini dayandırmalıdır.
Bizim.Media