Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə telefonla danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
Qeyd olunub ki, söhbət zamanı NATO, ikitərəfli və regional məsələlər, müdafiə və təhlükəsizlik mövzuları, xüsusilə Ukraynada baş verənlər, terrorla mübarizə, F-16-ların tədarükü ilə bağlı məlumat və fikir mübadiləsi aparılıb.
Bizim.Media