Sabah Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın Lvov şəhərinə bir günlük səfərə yola düşəcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb.
Mənbə yazır ki, o, Ukrayna prezidenti Volodimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşlə üçtərəfli görüşdə iştirak edəcək.
Görüş zamanı Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracının həyata keçirilməsi və Ukraynadakı mövcud vəziyyətin müzakirəsi planlaşdırılır. Həmçinin, Ukrayna böhranının diplomatiya yolu ilə həlli üçün mümkün addımlar müzakirə olunacaq.
Bizim.Media