Prezident Zelenskinin aparatının rəhbərinin müşaviri Mixail Podolyak açıq şəkildə bildirib ki, işğal altındakı yarımadanı Rusiya materiki ilə birləşdirən Krım körpüsünü Ukrayna qanuni hərbi hədəf hesab edir.
Bizim.Media xəbər verir ki, Podolyak bu barədə “The Guardian”a müsahibəsində bildirib.
“Bu, qeyri-qanuni tikintidir və Krımda Rusiya ordusunun əsas təchizat qapısıdır. Belə obyektlər məhv edilməlidir”, - deyə o bildirib.
Xatırladaq ki, avqustun 16-da Krım körpüsündə yeni nəqliyyat rekordu qeydə alınıb. Körpünün üzərindən hər iki istiqamətdə 38,3 min avtomobil keçib.
Bu, müvəqqəti işğal olunmuş Krımda partlayışlardan sonra baş verib. Cankoy rayonunda silah-sursat anbarı partladılıb. Simferopol yaxınlığındakı hərbi hava bazasında da bir neçə partlayış səsi eşidilib.
Bizim.Media