“Krımda yaşayan ukraynalıları ehtiyatlı olmağa, nə isə baş verərsə, təchiz olunmuş yerlərdə və zirzəmilərdə gizlənməyə çağırılıb”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezidentinin Krımdakı daimi nümayəndəsi Tamila Taşeva Facebook səhifəsində məlumat verib.
"Hörmətli Krımda yaşayan və müharibənin bütün 8 ili ərzində işğalçılara qarşı xüsusi müqavimət göstərən Ukrayna vətəndaşları.
Biz yalnız ərazi uğrunda deyil, həm də sizin üçün döyüşəcəyik, bütün mümkün və qadağan olunmayan mexanizmlərdən istifadə edərək Krımı azad edəcəyik. Hələlik ehtiyatlı olun, təchiz olunmuş yerlərdə və ya zirzəmilərinizdə gizlənin. Lazım olan vəsaiti hazırlayın”, – deyə o yazıb.
Bizim.Media