ABŞ-ın Cənubi Qafqaz strategiyası - III Hissə  

ABŞ-ın CQ siyasətinə təsir göstərən üçüncü amil ideologiyadır.

XX əsrin 90-cı illərində birqütblü dünyanın formalaşması ilə ABŞ-da liberal dəyərlərin mütləq üstünlüyü haqqında gözlənti formalaşdı.

Liberal-demokratiya və kapitalizm bütün problemlərdən universal “həb” kimi dünya ölkələrinə təqdim olundu. Lakin ABŞ-ın dünyaya “demokratiya ixracı” istər Amerika cəmiyyəti, istərsə də xarici ölkələr tərəfindən birmənalı qəbul olunmadı.

Bizim.Media Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin “Telegram” kanalına istinadən xəbər verir ki, xarici siyasətə idealist yanaşma bir çox nəzəri boşluqlara və praktiki səhvlərə gətirdi.

Nəzəri cəhətdən demokratiya geniş məfhum olub, liberalizmlə məhdudlaşdırılmamalıdır. Sadə dillə desək, demokratiyanı elan etmirlər, ona uzun və keşməkeşli yol ilə çatırlar.
 

MÖVZU İLƏ BAĞLI:

Amerikanın Cənubi Qafqaz strategiyası - I Hissə


ABŞ demokratiyanı 250 ildir ki, qurmaqda davam edir, amma hələ də paytaxt sakinləri Konqresdə səlahiyyətli nümayəndərlə təmsil olunmayıblar. Quam, Vircin adaları, Marşal adaları və Samoa ABŞ vətəndaşlarının yaşadığı ərazilər olsa da, sakinlər nə prezident, nə də Konqres seçkilərində iştirak etmirlər.

Əgər əvvəllər dövlətlərdən hakimiyyət bölgüsü, şəffaf seçki, mətbuat və sərbəst toplaşmaq hüquqlarının təmin edilməsi tələb olunurdusa, hazırda diqqət mərkəzində LQBT üzvlərinin hüquqlarının təmin edilməsi durur.

Yeni kriteriyalar dünya ölkələrinin mədəni müxtəlifliyinə məhəl qoymur.

ABŞ demokratiya və insan haqqları qorumaq bəhanəsi altında digər ölkələrin daxili işlərinə qarışmaqla Rusiya və İranın etnik və dini azlıqların hüquqlarını qoruma bəhanəsi ilə digər ölkələrin daxili işlərinə qarışması ilə bağlı pis davranış nümunəsi göstərmiş olur.

Demokratlar partiyası timsalında liberal intervensionistlər region ölkələrinə qarşı ayırıcı, qərəzli və ədalətsiz yanaşma nümayiş etdirirlər.

Nəticə etibarı ilə ABŞ-ın təhlükəsizlik və milli maraqlarına böyük töhfə verən Azərbaycan və Gürcüstan layiqli qiymət almadığı halda, ABŞ-ın xarici siyasətinə az töhfə verən və Rusiyanın satelliti olan Ermənistan ön plana çıxır.

2021-ci ildə keçirilən Demokratiya sammitinə regionun lideri Azərbaycan və NATO üzvü Türkiyə çağırılmadığı halda daxili və xarici siyasətdə Rusiyadan asılı Ermənistan dəvət almışdı. İdeologiyanın praqmatikaya vaxtaşırı üstün gəlməsi region ölkələri ilə ABŞ arasında əməkdaşlıq gündəliyini məhdudlaşdırır və etimad mühitini zəiflədir.

Son illərdə erməni lobbi təşkilatları fəaliyyətlərində ideoloji amili Azərbaycana qarşı silah kimi geniş istifadə və istismar edir. Ermənilər Qarabağda cinayətlərini “ermənilərin hüquqları və təhlükəsizliyi” kimi liberal dəyərlərlə və ermənilərin Azərbaycanın hakimiyyəti altında yaşamalarının onların təhlükəsizliyinə təhdid olduğu ideyasını təbliğ edirlər.

Təsadüfi deyil ki, 44 günlük müharibə zamanı N.Paşinyan müharibəni avtoritarizmin demokratiyaya hücumu kimi qələmə verməyə çalışırdı.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-ın Cənubi Qafqaz strategiyası - II Hissə  


Erməni lobbisi on illər boyu liberal dəyərlərin təməlində duran “tarixən əzilmiş azlıq” (historically oppressed minority) və “məzlumluq” (victimization) konsepsiyalarını məharətlə istismar edərək erməni məsələsini “qlobal liberal gündəliyin” bir hissəsinə çevirə bilib, işğalçılıq siyasətə bəraət qazandırmağa çalışırdı.

Beləliklə, biz ABŞ-ın CQ siyasətinə təsir edən 3 amili və onun praqmatik siyasətinə mənfi təsir edən məqamları nəzərdən keçirtdik.

Xüsusilə, lobbi təşkilatlarının fəaliyyəti və ideoloji amilin Azərbaycana qarşı silah kimi istifadə etdiyini, ilk növbədə ABŞ-ın regiondakı maraqlarına zərbə vurduğunu göstərdik.

Həmin lobbi Ermənistanda 20 il ərzində hakimiyyəti qəsb etmiş müharibə canilərinin elə erməni xalqına qarşı etdiyi cinayətlərə müvafiq münasibətinin qarşısını aldı.

Hazırda Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda lobbi qrupları Ermənistanın Rusiya ilə müttəfiq olması faktını “malalamağa” və təkcə ABŞ-ın müvafiq qınağından qorumağa deyil, “xüsusi qayğısını” təmin etməyə nail olur.

ABŞ 30 il ərzində CQ-da əldə etdiyi strateji nailiyyətlər Azərbaycan və Gürcüstanla bağlı olduğu halda, ən böyük töhfəsi isə Ermənistana olub.

Belə anormal vəziyyət ABŞ-ın CQ-da mövqelərinin zəifləməsini şərtləndirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Beşiktaş” Salahla danışıqlara başladı

“Beşiktaş” Salahla danışıqlara başladı

Gəncədə qadın boşanmaq üstündə ərini maşınla vurdu

Gəncədə qadın boşanmaq üstündə ərini maşınla vurdu

Dənizə getmək istəyənlər üçün ÇİMƏRLİK HAVASI

Dənizə getmək istəyənlər üçün ÇİMƏRLİK HAVASI

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi - VİDEO

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi - VİDEO

Xaricdən diri heyvan gətirənlərin nəzərinə: AQTA daşınma qaydaları ilə bağlı xəbərdarlıq etdi

Xaricdən diri heyvan gətirənlərin nəzərinə: AQTA daşınma qaydaları ilə bağlı xəbərdarlıq etdi

“Qarabağ”ın legioneri Avstriya klubuna keçir?

“Qarabağ”ın legioneri Avstriya klubuna keçir?

Dövlət Komitəsi konfrans iştirakçıları üçün mediatur təşkil etdi - FOTO

Dövlət Komitəsi konfrans iştirakçıları üçün mediatur təşkil etdi - FOTO

Türkiyədə Trampa sui-qəsd hazırlanıb? - Araşdırıldı

Türkiyədə Trampa sui-qəsd hazırlanıb? - Araşdırıldı

Bəzi şəxslər üçün baş mühasib olma qaydası asanlaşdırıldı

Bəzi şəxslər üçün baş mühasib olma qaydası asanlaşdırıldı

Esra Ezmeci Xoşqədəm Hidayətqızının yerinə gəlir?

Esra Ezmeci Xoşqədəm Hidayətqızının yerinə gəlir?

FİFA Azərbaycan klubuna transfer qadağası qoydu

FİFA Azərbaycan klubuna transfer qadağası qoydu

690 bal toplayan Zamin Kərimov: " Çox çalışmışam, telefondan da uzaq qalmamışam"

690 bal toplayan Zamin Kərimov: " Çox çalışmışam, telefondan da uzaq qalmamışam"

Hərbi Prokurorluqda əməliyyat müşavirəsi olub - FOTO

Hərbi Prokurorluqda əməliyyat müşavirəsi olub - FOTO

Azad olunmuş ərazilərdə torpaq alan qaliblər müəyyənləşdi – SMS göndərildi

Azad olunmuş ərazilərdə torpaq alan qaliblər müəyyənləşdi – SMS göndərildi

Bağçalarda dövlət dəstəyinin AYLIQ MƏBLƏĞİ məlum oldu

Bağçalarda dövlət dəstəyinin AYLIQ MƏBLƏĞİ məlum oldu

Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək - FOTO

Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək - FOTO

Bağça müəllimləri üçün vakansiya seçiminin vaxtı UZADILDI

Bağça müəllimləri üçün vakansiya seçiminin vaxtı UZADILDI

Saç kəsimini bəyənmədiyi üçün bərbəri bıçaqladı – ANBAAN VİDEO

Saç kəsimini bəyənmədiyi üçün bərbəri bıçaqladı – ANBAAN VİDEO

Beynəlxalq Türk Dövlətləri Universitetində 50 təqaüd yeri ayrılması planlaşdırılır

Beynəlxalq Türk Dövlətləri Universitetində 50 təqaüd yeri ayrılması planlaşdırılır

"Evdə Tək"in "Göyərçinli Qadın"ı dünyasını dəyişdi – FOTO

"Evdə Tək"in "Göyərçinli Qadın"ı dünyasını dəyişdi – FOTO

Püşkatma oldu- “Qarabağ”ın oyununun yeri dəyişdi

Püşkatma oldu- “Qarabağ”ın oyununun yeri dəyişdi

“Hədəfimiz 5 universiteti dünyanın ilk 500-lüyünə çıxarmaqdır” - Bahadır Turayev

“Hədəfimiz 5 universiteti dünyanın ilk 500-lüyünə çıxarmaqdır” - Bahadır Turayev

Bakı metrosunda yeni ventilyatorlar quraşdırıldı – VİDEO

Bakı metrosunda yeni ventilyatorlar quraşdırıldı – VİDEO

Azərbaycan və Özbəkistan universitetləri ortaq proqramlar açacaq

Azərbaycan və Özbəkistan universitetləri ortaq proqramlar açacaq

End of content

No more pages to load

RADİO