Bayden administrasiyası dövründə də ABŞ-ın Rusiyaya münasibəti dəyişməyəcək.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Görünür ki, Amerika dövlətinin hakimlik xətti, Amerika həyat tərzi, digər ölkələrin həyat tərzinin amerika anlayışı davam edəcək". "RİA Novosti" agentliyi nazirdən sitat gətirir.
Nazir əmindir ki, Çin və Rusiya rəsmi Vaşinqtonun xarici siyasi gündəmində olacaq.
"Orada müzakirə edirlər. Necə etməliyik ki, Rusiya Çinlə birləşməsin və özlərini Amerikadan daha güclü hiss etməsin",- deyə Lavrov bildirib.
Rusiya XİN başçısı qeyd edib ki, yeni Amerika liderinin nümayiş etdirəcəyi davranış bir az nəzakətli ola bilər, amma siyasətin mahiyyəti, çətin ki, dəyişsin.
O, həmçinin əlavə edib ki, Bayden administrasiyası Rusiyanın müxtəlif məsələlər üzrə əməkdaşlığa istiqamətləndiyini bilir.
Bizim.Media