"Ukraynanın “Azovstal” zavodunda çalışmış 130-dan çox qadın Rusiya hərbçiləri tərəfindən əsir götürülüb".
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk bildirib. Onun sözlərinə görə, əsir düşənlər arasında hərbçi qadınlar da var:
"Müharibə başlayana qədər "Azovstal"da 131 qadın olub. Onların arasında Azov alayında xidmət edən əsgərlərimiz, hərbi həkimlərimiz, sərhədçilərimiz və Milli Qvardiyaçılarımız var”, - İ.Vereşçuk deyib.
O, əsirlikdə olan qadınları azad etmək üçün səy göstərdiklərini vurğulayıb.
Bizim.Media