Ukraynanın Reinteqrasiya və Müvəqqəti İşğal Olunmuş Ərazilər üzrə Nazirliyi həlak olmuş daha 17 hərbçinin cəsədinin Ukraynaya qaytarıldığını bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı nazirliyin mətbuat xidməti yayıb.
Meyitlərin qaytarılması prosesi Cenevrə Konvensiyasının normalarına uyğun olaraq baş tutub.
İyul ayında Baş nazirin müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə müavini İrina Vereşçuk bildirmişdi ki, Rusiya ilə genişmiqyaslı müharibə zamanı Ukrayna 400-dən çox müdafiəçinin cəsədini geri qaytara bilib.
Bizim.Media