Antalyanın Kaş rayonunda 4,1 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı AFAD (Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar və Fövqəladə Vəziyyətin İdarə Edilməsi üzrə İdarəsi) yayıb.
Mənbə qeyd edir ki, zəlzələ Türkiyə vaxtı ilə saat 11:02-də 32 kilometr dərinlikdə baş verib.
Dəniz səthinin 31,89 kilometr dərinliyində olan zəlzələnin episentrinin Antalyanın Kaş rayonundan 3,85 kilometr uzaqlıqda olduğu müəyyən edilib.
Bizim.Media