İyun ayında Rusiya Hindistana neft ixracına görə İraqdan sonra ikinci olub.
Bizim.Media xəbər verir ki, bu barədə "The Economic Times" məlumat yayıb.
Nəşr qeyd edib ki, iyunda Rusiya Federasiyası Hindistan neftayırma zavodlarına Səudiyyə Ərəbistanından daha çox xam neft tədarük edib. Rusiya böyük dəyər endirimləri sayəsində idxalı artıra bilib.
Hindistan isə hazırda Moskvanın təklif etdiyi nefti böyük endirimlə və ən aşağı qiymətə almağa çalışır.
Səudiyyə Ərəbistanı Hindistana xammal tədarükünün azalmasını Avropa ölkələrinə neft ixracını artırmaqla kompensasiya etməyə çalışır.
Bizim.Media