Moderator.az-ın verdiyi xəbərə görə, İngiltərədə Flaxey kəndində yaşayanlar kəndlərinə gələn izdihamı görüb şok oldular. Qurulan çadırların musiqi festivalı üçün olduğunu düşünülsə də ancaq hadisənin əsli çox fərqli idi. Kəndə "yoldaş dəyişdirmə" festivalı gəlmişdi.
Kəndlərinə bir anda axmaq hadisə üçün axın edən 500 nəfər Flaxey sakinləri üçün böyük problem olub. Səhər oyandıqlarında sıxlıq, cinsi məzmunlu poster asılı olduğu karavanlar və qurulan bir çox çadırı görəndə nə olduğunu başa düşməyən xalq, bunun musiqi festivalı olduğunu düşünüb. Ancaq qrupun yanına getdiklərində hadisənin "yoldaş dəyişdirmə" festivalı olduğu aydın olub. Kənd sakinləri festivaldan gələn səslərin dözülməz olduğunu söyləyib. 5 gün davam edən bu seks festivalı olduqca gizli həyata keçirilən təşkilatdır. Qrupun üzvləri belə festivalın ediləcəyi yeri yola çıxmamışdan 2 gün əvvəl öyrənibmiş.