Avropa İttifaqı (Aİ) Ukraynaya 9 milyard avroluq yeni maliyyə yardımı ayıracaq.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu vəsait sosial sahənin maliyyələşdirilməsinə yönəldiləcək.
Qeyd edək ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravetski “Twitter” səhifəsində yazıb.
“Ukrayna müharibə vəziyyətindədir və bir çox dövlət xidmətlərinə görə ödəyəcək heç nə yoxdur, ona görə də biz 9 milyard avro yardımın ayrılmasını təsdiqləmişik”, - deyə Baş nazir deyib.
Bizim.Media