Qazaxıstanın "Qazaq Air" aviaşirkəti Nur Sultan-Aktobe-Bakı istiqamətində aviareyslərə başlayır.
Bizim.Media xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.
Qeyd olunur ki, aviareyslər iyulun 7-dən etibarən həyata keçiriləcək.
Məlumata görə, aviareyslər həftədə iki dəfə, cümə axşamı və bazar günü yerinə yetiriləcək. Biletlərin qiyməti 74 658 qazax tənqəsi (160 ABŞ dolları) təşkil edir.
Bizim.Media