Avropa İttifaqının (Aİ) sammitində Ukrayna və Moldovaya namizəd statusu verilib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel “Twitter“ hesabında bildirib.
“Aİ Şurası indicə Ukrayna və Moldovaya namizəd statusu verilməsinə qərar verdi. Tarixi bir andır. Bu gün sizin Aİ-yə doğru yolunuzda vacib gündür”, - deyə Şarl Mişel qeyd edib.
Ş.Mişel qeyd edib ki, Gürcüstanın da Avropa perspektivi tanınıb və ölkəyə Aİ-yə üzvlüyə namizəd statusu prioritetlərin yerinə yetirilməsindən sonra veriləcək:
“Gürcü xalqını təbrik edirəm. Aİ-Gürcüstan münasibətlərində tarixi məqam: Gürcüstanın gələcəyi Aİ daxilindədir”.
Bizim.Media