Rusiyalı siyasətçi Boris Nemtsovun qətli zamanı istifadə olunduğu güman edilən tapança tapılıb.
xa0
Moderator.az-ın “İzvestiya”x9d qəzetinə istinadən verdiyi məlumata görə, tapança “Şimal”x9d xüsusi batalyonun sabiq döyüşçüsü Zaur Dadayevin anasının evində axtarış aparılan zaman üzə çıxıb.
xa0
Tapança ballistik ekspertizaya göndərilib. Ekspertiza zamanı “Makarov”x9d tapançasının 5 ədəd 9x18 kalibrli gülləsi yoxlanılacaq. Nemtsovun eyni tip silahdan qətlə yetirildiyi bildirilir.