“Bütün müsəlmanlara qarşı müharibə” – Hindistan hökumətini gözləyən ACI SONLUQ

Xəbər verdiyimiz kimi, mayın sonunda Hindistanın hakim Bharatiya Janata Partiyasının (BJP) sözçüsü Nupur Şarma televiziyada debatda çıxış edərək Məhəmməd Peyğəmbər haqda təhqiramiz ifadələr işlədib.

Partiyanın digər üzvü Kumar Cindal da partiyadaşından geri qalmayaraq “Twitter” səhifəsində peyğəmbər haqqında bəzi aşağılayıcı ifadələr söyləyib.

Partiya funksionerlərinin təhqirləri təkcə Hindistanda yaşayan 200 milyona yaxın müsəlmanın yox, eləcə də bir sıra İslam ölkələrində ciddi etirazlarla qarşılanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Hindistanda polis bölməsində müsəlmanları belə döydülər – 18+ VİDEO 


Qətər, İran və Küveyt dərhal Hindistan hökumətinə rəsmi etirazlarını bildiriblər. Ümumilikdə bugünədək Azərbaycan da daxil 15 müsəlman ölkəsi Hindistana etirazlarını bildiriblər. 57 üzv dövləti birləşdirən İslam Əməkdaşlıq Təşkilatı və Körfəz Əməkdaşlıq Şurası da Hindistana etiraz bəyanatı veriblər.

Omanın baş müftisi Şeyx Əhməd Əl-Xəlili isə baş verənləri “bütün müsəlmanlara qarşı müharibə” adlandırıb.

Daxili və xarici təzyiqlər qarşısında ölkənin baş naziri Narendra Modi hər iki partiya rəsmisini vəzifələrindən uzaqlaşdırıb, lakin hadisələr bununla yekunlaşmayıb.  Belə ki, dünən sosial şəbəkələrdə Hindistan polisinin nümayişlərdə iştirak edən müsəlmanlara etdiyi işgəncələrin görüntüləri yayılıb.

Əvvəla onu qeyd edək ki, baş verənlər Hindistan hökuməti tərəfindən müsəlmanlara qarşı törədilən ilk belə hal deyil. Bu cür tendensiya millətçi Modi hökumətinin siyasi kursunua çevrilib.

Belə ki, təzyiqlər qarşısında partiyadaşlarını cəzalandırsa da Modinin özü də “süddən çıxmış ağ qaşıq” deyil. O, hələ Qucarat ştatının qubernatoru olarkən hindular tərəfindən müsəlmanlara qarşı törədilən qətliamlara havadarlıq etməsi ilə tanınıb. 
Əslində Modini iqtidara gətirən də məhz islamafobiya olub. Radikal millətçi təbliğat yolunu seçən BJP üçün əsas siyasi dəstək də məhz müsəlmanlara qarşı seçdiyi kursdan irəli gəlir.
İslamafobiyanın fobiya yaradan nəticələri

Ümumilikdə isə ölkədə İslama qarşı hökumət tərəfindən sərgilənən siyasətin son günlər yenidən aktivləşməsi də səbəbsiz deyil. Modi iqtidarı bununla üç məqsədi hədəfləyir:

1. Hökumət pandemiyanın vurduğu iqtisadi zərərləri unutdurmaq üçün əhalinin diqqətini başqa məcraya yönəltməyə çalışır.

2. İqtidarda olmasına rəğmən BJP parlamentdə lazım olan çoxluğa sahib deyil. Buna görə də, digər millətçi partiyaların da dəstəyini qazanmaq üçün bu addımlara getmiş ola bilər.

3. Gündəmdə regional seçkilərin olduğu bir siyasi atmosferdə bu aparteid siyasəti populist hindu seçicilərini səfərbər etmək üçün güclü bir arqument olaraq görülə bilər.

Lakin Modi iqtidarının qeyd olunan məqsədlərə çatması da mümkün görünmür. Çünki İslamı təhqir edən partiya funksionerlərinin cəzalandırılmasından sonra, hindular Modini qorxaqlıqda ittiham edərək, ona qarşı etirazlara başlayıblar.

Prosesin, xarici aspektlərdən Hindistanın nüfuzuna ciddi zərbə vuracağı da şübhəsizdir. Qərarın siyasi cəhətdən yalnışlığı İslam dünyasında yaratdığı əks səda fonunda artıq özünü göstərib. 
İqtisadi yöndən Hindistanı gözləyən zərər daha böyükdür...

Birincisi, Hindistanın əsas 20 ticarət partnoyrundan 9-u ya İslam dövlətidir, ya da əhalisinin mütləq əksəriyyəti müsəlmanlardır. Və həmin ölkələrin bir çoxunda əhali arasında Hindistan mallarının boykotu ilə bağlı kampaniyalara start verilib.

İkincisi, 6 milyondan çox hindistanlı mühacir körfəz ölkələrində çalışır və artıq onların ünvanında təhdidlər yağmağa başlayıb. Həyatları təhlükə qarşısında qaldıqda həmin mühacirlərin qayıdacağı ünvan və yaradacağı böhran bəllidir. 

Üçüncüsü, Hindistanı Avropaya birləşdirən nəqliyyat dəhlizlərinin mütləq əksəriyyəti müsəlman ölkələrindən keçir. Hər nə qədər siyasi embraqo real görünməsə də, regionda aktiv olan dini-ekstremist qruplaşmaların Hindistandan gələn yüklərə qarşı təxribatlar törətmək ehtimalı böyükdür.

Göründüyü kimi, Hindistan iqtidarının seçdiyi yalnış siyasi kursun mənfi cəhətləri artıq özünü göstərməyə başlayıb.

Modi hökuməti üçün isə bundan sonra atılacaq hər hansı addımın uğur gətirəcəyi gözlənilmir. Çünki hazırki siyasətə “davam” qərarı Hindistan hökumətinin xarici nüfuzuna, “tamam” variantı isə BJP-nin ciddi elektorat itkisinə səbəb olacaq.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah çimərliklərdə gözlənilən HAVA PROQNOZU

Sabah çimərliklərdə gözlənilən HAVA PROQNOZU

Köməkçisi ilə mərc yazışmaları üzə çıxdı - Fotolar

Köməkçisi ilə mərc yazışmaları üzə çıxdı - Fotolar

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq – VİDEO

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq – VİDEO

Şəmkirdə ərini davadan ayırmaq istəyən qadın YARALANDI

Şəmkirdə ərini davadan ayırmaq istəyən qadın YARALANDI

Səbirsiz sürücülərin tıxacda yaratdığı TƏHLÜKƏ – Adi qayda pozuntusu, yoxsa avtoxuliqanlıq?

Səbirsiz sürücülərin tıxacda yaratdığı TƏHLÜKƏ – Adi qayda pozuntusu, yoxsa avtoxuliqanlıq?

Polis itkin düşən 8 nəfəri TAPDI

Polis itkin düşən 8 nəfəri TAPDI

19 il əvvəl çəkilmiş FOTO dünya çempionatı öncəsi yenidən gündəmdə – Messidən REAKSİYA

19 il əvvəl çəkilmiş FOTO dünya çempionatı öncəsi yenidən gündəmdə – Messidən REAKSİYA

Bir gün doğulduğu qızıl qəfəs də əlindən alınacaq - Dünyanın ən bəxtsiz şahzadəsi – FOTO

Bir gün doğulduğu qızıl qəfəs də əlindən alınacaq - Dünyanın ən bəxtsiz şahzadəsi – FOTO

Naxçıvanda işıq OLMAYACAQ

Naxçıvanda işıq OLMAYACAQ

Müdafiə Nazirliyində milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi barədə QƏRAR

Müdafiə Nazirliyində milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi barədə QƏRAR

Ceki Çanın Azərbaycana gələcəyi tarix AÇIQLANDI

Ceki Çanın Azərbaycana gələcəyi tarix AÇIQLANDI

Müctəba Xamenei müharibə bitənə qədər ictimaiyyət qarşısına ÇIXMAYACAQ

Müctəba Xamenei müharibə bitənə qədər ictimaiyyət qarşısına ÇIXMAYACAQ

Ötən gün qanunsuz saxlanılan 14 tüfəng aşkarlandı

Ötən gün qanunsuz saxlanılan 14 tüfəng aşkarlandı

Bakıda və rayonlarda yenə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bakıda və rayonlarda yenə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Kim deyər ki, 82 yaşı var... – FOTO

Kim deyər ki, 82 yaşı var... – FOTO

Venesueladakı zəlzələdə ölənlərin sayı ARTDI

Venesueladakı zəlzələdə ölənlərin sayı ARTDI

Final fitini səsləndirəcək hakim barədə şok fakt üzə çıxdı - Video

Final fitini səsləndirəcək hakim barədə şok fakt üzə çıxdı - Video

Kondisionerdən belə istifadə edin, işıq pulunuz azalsın

Kondisionerdən belə istifadə edin, işıq pulunuz azalsın

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

"Çox dərs oxumurdum" - 400 bal toplayan Paşa

"Çox dərs oxumurdum" - 400 bal toplayan Paşa

Azərbaycanda bu qədər qadın ALİMENT borclusudur

Azərbaycanda bu qədər qadın ALİMENT borclusudur

Atmosferi olan ekzoplanet TAPILDI: Orada həyat ola bilərmi?

Atmosferi olan ekzoplanet TAPILDI: Orada həyat ola bilərmi?

Dünya çempionu ABŞ-yə buraxılmır - Trampdan kömək istədi

Dünya çempionu ABŞ-yə buraxılmır - Trampdan kömək istədi

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

End of content

No more pages to load

RADİO