Hindistanın Bhandara şəhərindəki xəstəxanada yanğın baş verib.
Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, yanğın xəstəxanın yeni doğulmuş uşaqlar şöbəsində olub. Nəticədə 10 uşağın öldüyü bildirlib.
Xəstəxananın həkimi Pramod Handatın sözlərinə görə, yanğın vaxtı şöbədə 17 yeni doğulmuş körpə olub.
Lakin onlardan 7-nin həyatını xilas etmək mümkün olub.
Bizim.Media