Fransada keçirilən parlament seçkilərinin birinci turunda "Yeni Xalq Ekoloji və Sosial Birliyi" (NUPES) solçu koalisiyasının nümayəndələri səslərin əksəriyyətini toplayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “BFM” telekanalı “Elabe” sosioloji xidmətinin səsvermə başa çatdıqdan sonra verdiyi proqnoza istinadən məlumat verir.
MÖVZU İLƏ BAĞLI:
Fransada parlament seçkilərinin ilk turuna start verildi
Solçu Jan-Lyuk Melenşonun təşəbbüsü ilə yaradılmış NUPES koalisiyasının nümayəndələri 26,2% səs toplayıb. “Birgə!” hakim koalisiyasının namizədləri 25,8 faiz səs toplayıb.
Buna baxmayaraq, Fransada majoritar seçki sisteminin xüsusiyyətlərinə görə, hakim koalisiya parlamentdəki yerlərin əksəriyyətini saxlayacaq.
Bizim.Media