Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan respublikada növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi imkanını istisna edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TASS agentliyi yayıb.
“Müxalifət seçkilərin tarixinin adının açıqlanmasını xahiş edir. Seçkilər gələn ilin iyununda keçiriləcək. Noyabrda (ana müxalifət Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunun sözlərinə görə) növbədənkənar seçkilər olmayacaq. Əvvəlcə prezident seçkilərində namizəd olub-olmayacağınızı elan edin. Olmayacaqsınızsa, namizədinizi deyin” deyə o, qeyd edib.
Bizim.Media