Finlandiya prezidenti Sauli Niinistö NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında ölkəsinin İsveç olmadan NATO-ya üzv olmayacağını bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “gazeta.ru” saytı yayıb.
Onun sözlərinə görə, əgər İsveçin Türkiyə ilə mövcud problemləri ölkənin alyansa üzvlüyünün təxirə salınacağı anlamına gəlirsə, o zaman Finlandiya da NATO-ya daxil olmayacaq.
“İsveçin işi bizim də işimizdir. Bu o deməkdir ki, biz əl-ələ verib irəliləyirik”, - Niinistö yekunlaşdırıb.
Bizim.Media