“Mən son vaxtlar Putinlə danışmamışam. Biz yaxşı dost idik. Müharibə başlayanda iki dəfə zəng vurdum, cavab vermədi. Bundan sonra növbəti cəhdlərdən çəkindim”.
Bizim.Media “Kommersant”a istinadən xəbər verir ki, bunu İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni deyib.
Berluskoninin sözlərinə görə, o, Ukraynadakı vəziyyəti təhlükəli hesab edir.
Siyasətçi hərbi münaqişəyə dərhal son qoymağın mümkün olmadığını etiraf edib.
Bizim.Media