Rusiyanın Norilsk şəhərində dağ-xizək kompleksinin ərazisində qar uçqunu baş verib.
Bizim.Media “TASS” a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqaladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, qarın altında ikisi uşaq olmaqla beş nəfər qalıb.
Hazırda qar altında qalanların sayı dəqiqləşdirilir və xilas edilmələri istiqamətində işlər aparılır.
Bizim.Media