Rusiyanın Təbii Sərvətlərə Nəzarət üzrə Federal Xidmətinin (“Rosprirodnadzor”) sədrinin keçmiş müavini Oleq Mitvol saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə TASS” hüquq-mühafizə orqanlarındakə mənbəyə istinadən məlumat yayıb.
“Mitvol Moskvanın “Vnukovo” hava limanında Dubaya uçmaq istəyərkən Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O, 1 ay 17 gün müddətinə həbs edilib. O.Mitvol Krasnoyarskda metro inşası üçün ayrılan 900 milyon rubl həcmində vəsaiti mənimsəməkdə ittiham olunur” – deyə məlumatda qeyd edilib.
Bizim.Media