Ukraynanın baş nazirinin müavini Olqa Stefanşina bildirib ki, Aİ-nin 7 ölkəsi Ukraynaya İttifaq üzvlüyünə namizəd deyil, ayrı status verilməsini təklif edir.
Bizim.Media xəbər verir ki, o, bu barədə Brüsselə səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.
Stefanşinanın sözlərinə görə, ümumilikdə 7 ölkə Ukraynaya şərti namizəd ölkə statusu verilməsini təklif edir:
“Bunlar Şərqi Avropa və Baltikyanı ölkələr deyil. Lakin faktiki olaraq bu gün 3 ölkə Kiyev üçün yaşıl işıq yandırmaq istəmir”.
Qeyd edək ki, 23-24 iyun tarixlərində keçiriləcək zirvə görüşündə Ukraynanın İttifaq üzvlüyünə namizədlik statusu barədə qərar veriləcək.
Bizim.Media