Rusiyada ilin əvvəlindən indiyə qədər təyyarə biletləri (ekonom-klassda) 13,1% bahalaşıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Statistika Komitəsi açıqlama yayıb.
Bildirilib ki, yalnız ötən həftə - 28 may-3 iyun – təyyarə biletlərində bahalaşma 7,7 faiz olub.
Rusiyada sanatoriya qiymətləri 12,7%, istirahət evləri və pansionatlar 8%, hostellər 2,4%, otellər isə 3-8% (ikiulduzlu və beşulduzlu olmaqla) bahalaşıb.
Bizim.Media