Ukrayna Avropa İttifaqına (Aİ) üzv olmaq üçün namizəd statusunun heç bir alternativini qəbul etməyəcək.
Bizim.Media "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba onlayn brifinqdə deyib.
“Bizə Aİ üzvlüyünə namizəd statusu lazımdır - namizəd olmaq üçün namizəd, potensial namizəd və ya digər surroqat variant lazım deyil. Biz bu oyunu çoxdan oynayırıq və onun necə işlədiyini bilirik” – deyə Kuleba bildirib.
Bizim.Media