Moskvanın baş ravvini Pinxas Qoldşmidt Rusiyanı tərk edib.
Bizim.Media "gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə jurnalist və ravvinin gəlini Avital Çijik-Qoldşmidt məlumat verib.
Onun sözlərinə görə, ölkə rəhbərliyi ravvindən Ukraynadakı müharibəni ictimai şəkildə dəstəkləmək tələb olunub və bu məsələ ilə bağlı ona təzyiq göstərilib. Lakin Pinxas Qoldşmidt bunu etməkdən imtina edib.
Bildirilir ki, baş ravvin və həyat yoldaşı Dara ilk olaraq Macarıstana, daha sonra isə ailə İsrailə gedib.
Bizim.Media