Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub.
Bizim.Media Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tərəflər Ukraynadakı son vəziyyəti müzakirə ediblər.
H.Akar daha çox insan tələfatının qarşısının alınması, regionda sülhün və sabitliyin bərpası, ağırlaşan humanitar vəziyyətin yaxşılaşdırılması məqsədilə təcili atəşkəs elan edilməsinin vacibliyini vurğulayıb.
Bundan əlavə, nazirlər taxıl, günəbaxan və digər kənd təsərrüfatı məhsullarının təhlükəsiz daşınması üçün görülə biləcək tədbirləri də müzakirə ediblər.
Bizim.Media