Belarus ordusunun sayını 80 min nəfərə çatdırmağı planlaşdırır.
Bizim.Media “Unian”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Volın və Polesye istiqamətlərində Belarus ərazisindən raket və hava zərbələri təhlükəsi qalmaqdadır:
"Cənub operativ komandanlığının yaradılması çərçivəsində Belarus Respublikasının silahlı qüvvələrinin sayının 80 min nəfərə çatdırılması nəzərdə tutulur. Anbarda olan texniki vasitələr hesabına hərbi hissələrin texnika və silahlarla təchiz edilməsi planlaşdırılır. Müdafiə Qüvvələrinin mövcudluğunu nümayiş etdirmək məqsədilə Bryansk və Kursk vilayətlərinin sərhədyanı rayonlarında 3-ə qədər batalyon taktiki qrupu qalmağa davam edir”.
Bizim.Media