Yaponiyada qar çovğunu elektrik enerji verilişində problemlər yaradıb. 100 mindən çox ev enerjisiniz qalıb.
Bizim.Media xəbər verir ki, bu haqda “İHA” agentliyi məlumat yayıb.
Məlumata görə, qar və saatda 130 km sürətlə əsən külək Niqata və Akita əyalətlərində 13 nəfərin ölümünə, 107 nəfərin yaralanmasına səbəb olub.
Çovğun İşikava və Toyama əyalətlərində də dağıntılara səbəb olub.
Vüqar Ağamalıoğlu, Bizim.Media