İsveçin Uppsala Universitetinin alimləri siçanlarda yeni növ koronavirus aşkar edib.
Bizim.Media-nın məlumatına görə, İsveçin Qrimsö rayonunda tutulmuş 250-dən çox siçan üzərində aparılan müşahidələr gəmiricilərin 3 faizindən çoxunda yeni növ koronavirus aşkar edilib.
Mütəxəssislər hesab edir ki, bu virus gəmiricilər arasında geniş yayıla bilər. Yeni aşkar olunan koronavirusa Qrimsö virusu adı verilib.
Qeyd edək ki, bundan əvvəl HCoV-OC43 və HCoV-HKU1 koronavirusları gəmiricilərdən insana keçib və müxtəlif mövsümi respirator infeksiyalara yol açıb.
Bizim.Media