Türkiyə pilotsuz uçuş aparatları sahəsində daha bir ilkə imza atıb.
Bizim.Media "Anadolu" agentliyinə istinadən xəbər verir ki, yeni kamikadze PUA-sı “Kargı” ilk dəfə nümayiş etdirilib.
“EFES-2022” təlimləri çərçivəsində baş tutan sınaq uçuşlarında “Kargı” şərti düşmənin hava hücumundan müdafiə sistemindəki radarların uğurla məhv edib.
Qeyd edək ki, bir çox üstünlükləri olan "Kargı"nın gələn ildən Türkiyə Silhalı Qüvvələrində silahlanmaya qəbul ediləcəyi gözlənilir.
Oral Mədənçi, Bizim.Media