Rusiyanın "UTAIR” aviaşirkəti tərəfindən həyata keçirilən Mahaçqala-Bakı istiqamətində aviareyslər ləğv edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Dağıstan hava limanı məlumat yayıb.
Bildirilib ki, bu istiqamətdə uçuşlar Azərbaycan hökumətinin təşəbbüsi ilə ləğv edilib.
Qeyd edək ki, uçuşlar iyunun 3-dən başlayaraq, cümə və bazar günləri yaz-yay dövrünün sonuna qədər həyata keçirilməsi planlaşdırılırdı.
Bizim.Media