Çinin paytaxtı Pekində ötən aydan tətbiq edilən sərt karantin rejimi ləğv edilir.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Sinxua” agentliyi yayıb.
Mənbə yazır ki, bazar ertəsindən etibarən bütün fəaliyyət sahələrində iş adi rejimdə bərpa ediləcək. Təhsil müəssisələrində isə dərslər iyunun 13-də başlayacaq. Yalnız restoranlara gedənlərdən koronavirus testi tələb olunacaq.
Bizim.Media