Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin Nikolayevka yaxınlığında rus hərbçilərinin olduğu avtomobili məhv edib.
Bizim.Media “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu fikirləri “Cənub” əməliyyat komandanlığının mətbuat katibi Vladislav Nazarov səsləndirib.
Onun sözlərinə görə, "düşməndən geri alınan Nikolayevka bölgəsində" rus hərbçilərinin olduğu avtomobil müşahidə məntəqəmizə daxil olub.
“Müdafiəçilərimizin dəqiq hərəkətləri ilə avtomobil içindəkiləri ilə birgə sıradan çıxarılıb”, - deyə o, bildirib.
Bizim.Media