Ukrayna Ali Radasının bitərəf deputatı Yevgeni Yakovenko Moldovada saxlanılıb.
Bizim.Media “Deschide.md” saytına istinadən xəbər verir ki, hazırda o, istintaq təcridxanasındadır.
Mənbə yazır ki, Yakovenkonu Belarus hakimiyyəti İnterpol vasitəsilə axtarışa vermişdi.
İnterpolun Kişinyovdakı bürosunun rəhbəri Viorel Tentyu rəsmi Minskin ukraynalı deputatı rüşvətxorluqda və korrupsiyada ittiham etdiyini təsdiqləyib.
Onun sözlərinə görə, qurum deputatın həbsi və ekstradisiyası üçün sorğunu qeydə alıb.
Bizim.Media